Düşmənin döyüş vasitələri məhv edildi - Rəsmi

15:25 16.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan tərəfinin törətdiyi təxribata cavab olaraq qarşı tərəfə məxsus tank əleyhinə qurğu və minaatan məhv edilib.

Bu barədə hafta.az-a Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib.

"Sərhəddə vəziyyət gərgin olaraq qalmaqdadır, hazırda döyüş əməliyyatları davam edir.

Müdafiə Nazirliyi sərhəddəki vəziyyətlə bağlı ictimaiyyəti mütəmadi olaraq məlumatlandıracaq".